HƏRBİ

Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri Azərbaycana gəlib

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrasını həyata keçirəcəklər.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. "TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.