BAKI, 2 sentyabr — Sputnik. Ukraynanın əks-hücumunun yeganə məqsədi Qərbdə Kiyevin Rusiyaya müqavimət göstərmək qabiliyyəti illüziyası yaratmaqdır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən konfrans zamanı bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə hücum cəhdi davam edir və düşmən xeyli itki verir.
"Vurğulayıram ki, bu cəhd Zelenskinin ofisi tərəfindən bir məqsədlə planlaşdırılıb. Onlar Qərb kuratorları arasında Ukrayna ordusunun hücuma başlamaq qabiliyyəti ilə bağlı illüziya yaratmaq istəyirlər", - deyə Şoyqu vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.