BAKI, 2 sentyabr — Sputnik. Avqustun sonunda rusların Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi 81,1% təşkil edib. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) sorğusunda iştirak edən rusiyalıların 78,1%-i prezidentin fəaliyyətini bəyənib. ÜİRÖM-un verdiyi məlumata görə, sorğu 2022-ci il avqustun 22-dən 28-dək 1600 rusiyalı arasında aparılıb.
"2022-ci il avqustun 22-dən 28-dək prezidentin fəaliyyətinin bəyənilmə nisbəti 78,1% təşkil edib. Rusiya baş nazirinin və hökumətinin işinin müsbət qiymətləndirilməsi səviyyələri ötən həftə müvafiq olaraq 51,8% və 50,8% təşkil edib.
Putinə inamla bağlı suala respondentlərin 81,1%-i müsbət cavab verib, 62,5%-i baş nazir Mixail Mişustinə güvənib (həftə ərzində göstərici dəyişməyib). Sorğunun nəticələrinə görə, Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanova 33,6%, "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının rəhbəri Sergey Mironova 31,7%, LDPR sədri Leonid Slutski - 17,5%, Yeni Xalq Partiyasının lideri Aleksey Neçayevə - 10,9% etimad göstərib.
Araşdırmaya görə, Vahid Rusiya partiyasına dəstək səviyyəsi 40,2%, Kommunist Partiyasına - 10,2%, Liberal Demokrat Partiyasına - 8,1%, "Ədalətli Rusiya - Həqiqət naminə" - 5,7%, "Yeni insanlar" partiyası - 4,8% təşkil edib.