BAKI, 2 sentyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov anti-Rusiya tədbirlərinin enerji böhranına səbəb olduğunu bildirib.
"Görürsünüz, enerji bazarlarının hərarəti necə yüksəkdir? Onlar əsasən Avropada qızdırma içərisindədirlər. Burada həyata keçirilən anti-Rusiya tədbirləri çox, çox dərin böhrana səbəb oldu. Onlar vəziyyəti elə həddə gətirib çıxarıblar ki, avropalılar əsasən ABŞ-dan maye qazı böyük pullar müqabilində alırlar. ABŞ şirkətləri zənginləşir, Avropa vergi ödəyiciləri isə yoxsullaşırlar", - Peskov deyib.
Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov da "Economics Today"a müsahibəsində Avropada qazla bağlı vəziyyəti şərh edib.
O bildirib ki, planlaşdırmadakı səhvlər və anti-Rusiya sanksiyaları Aİ-yə ağır zərbə vurub.