BAKI, 2 sentyabr — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərqə səfəri zamanı "Vostok-2022" təlimlərinin aktiv fazasına baş çəkəcək.
"Sentyabrın 6-da o, Vladivostokun özündə işləyəcək. Orada silahlı qüvvələrin "Vostok-2022" strateji komanda-qərargah təlimləri başlayır. Prezident sentyabrın 6-da bu strateji təlimlərin aktiv mərhələsinə baş çəkəcək".
Daha əvvəl bildirilib ki, Primorsk diyarında "Vostok-2022" strateji təlimləri başlayıb. Onlara ümumilikdə 50 mindən çox hərbi qulluqçu, 5 min vahiddən çox silah və hərbi texnika cəlb olunacaq.
Manevrlər sentyabrın 1-dən 7-dək yeddi hava hücumundan müdafiə poliqonunda, həmçinin, Oxot dənizi və Yapon dənizinin sularında keçiriləcək.