RUSİYA

Lavrov Mirzoyanla üçtərəfli razılaşmaları müzakirə etdi

Tərəflər söhbət zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər söhbət zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Bununla yanaşı, nazirlər yaxın zamanlarda təmasların davam etdirilməsi barədə razılığa gəlib.
Telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü əsasında baş tutduğu bildirilir. Rusiya və Ermənistanın XİN rəhbərləri sonuncu dəfə avqustun 2-si söhbət aparıb və bu zaman da Qarabağ məsələsini müzakirə ediblər.
Xatırladaq ki, avqustun 31-də Azərbaycan Preizdenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Qeyd edək ki, sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.