RUSİYA

Kreml: Ehtiyatların olmaması "Şimal axını"nın etibarlılığını şübhə altına alır

Dmitri Peskov bildirib ki, "Qazprom" texnoloji ehtiyatların olmamasında günahkar deyil.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. "Qazprom" texnoloji ehtiyatların olmamasında günahkar deyil və onların olmaması "Şimal axını" boru kəmərinin etibarlılığını şübhə altına alır. Bunu Rusiya Federasiyasının rəhbərinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsü xatırladıb ki, hazırda qaz kəmərində yalnız bir turbin var.
"Əslində "Qazprom" texnoloji ehtiyatların olmamasında təqsirkar deyil. Buna görə də, müvafiq olaraq, bütün sistemin etibarlılığı təhlükə altındadır", - deyə "RİA Novosti" Peskovdan sitat gətirir.
Bundan əvvəl Dmitri Peskov Avropa tərəfinin "Şimal axını"na hüquqi və texnoloji maneələr yaratdığını və bunun da qaz kəməri ətrafında böhranlı vəziyyət yaratdığını bildirib.
"Qazprom"un rəhbəri Aleksey Miller qeyd edib ki, qaz kəmərində yükləmənin az olmasında Avropa ittifaqının özü günahkardır.
Onu da əlavə edək ki, ilin sonuna kimi Avropada enerji qiymətlərinin artması fonunda elektrik enerjisi 12-15 dəfə bahalaşa bilər.