BAKI, 2 sentyabr — Sputnik. Rusiya neftinin qiymətlərinə məhdudiyyət tətbiq etmək planı, çox güman ki, G7-nin maliyyə nazirləri tərəfindən sentyabrın 2-də razılaşdırılacaq. Bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.
Cümə günü G7 ölkələrinin Rusiya Federasiyasından neft qiymətlərinin son həddinin müəyyən edilməsi planını təqdim edəcəyi planlaşdırılır. Məhdudiyyətlərin dekabr ayına qədər tətbiq ediləcəyi gözlənilir.
Rusiyanın ABŞ-dakı səfirliyi Rusiya neftinə tavan qiymət tətbiq ediləcəyi təqdirdə qlobal neft bazarının çökməsi təhlükəsi barədə xəbərdarlıq edib.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya Federasiyası ona qiymət məhdudiyyətləri tətbiq edən dövlətlərə neft satmayacaq.
Hökumət sədrinin müavininin bəyanatından sonra Rusiya neft şirkətlərinin səhmlərində artım qeydə alınıb.