BAKI, 1 sentyabr - Sputnik. “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib
Təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.
“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib
Qeyd edək ki, ötən il Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçirilib. Təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi iştirak edib.