İQTİSADİYYAT

Təmiz enerjiyə investisiyalar enerji böhranının yeganə həlli yoludur

Fatih Birol bildirir ki, təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli və istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağın ən yaxşı yoludur.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli yoludur.
"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu barədə IEA-nın rəhbəri Fatih Birol bildirib.
Fatih Birolun sözlərinə görə, bununla yanaşı, bu tədbirlər istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağa imkan yaradacaq.
"Təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli və istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağın ən yaxşı yoludur", - o qeyd edib.
İƏİT-in baş katibi Matias Kormanın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi enerji qiymətlərinin kəskin artmasına səbəb olub və enerji təhlükəsizliyini pozub.
"Biz istehlakçıları dəyişən bazar və geosiyasi qüvvələrin həddindən artıq təsirlərindən qoruyan tədbirlər görməliyik ki, karbon neytrallığı, enerji təhlükəsizliyi və sərfəli qiymətə doğru yolda qalmağa kömək edək", - Matias Korman qeyd edib.