RUSİYA

Rusiya Ayda və uzaq kosmosda Çinlə əməkdaşlıq etməyi planlaşdırır

Qurumun rəhbəri ABŞ-ın Ay proqramının geniş əməkdaşlıq nəzərdə tutduğunu dilə gətirib.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Rusiya Ayın və uzaq kosmosun öyrənilməsi üçün Çinlə qarşılıqlı əlaqə qurmağın yollarını axtarır. Bu barədə “Roskosmos”un baş direktoru Yuri Borisov “Bilik” marafonunda bildirib.
"Biz indi Ayın və uzaq kosmosun öyrənilməsi üçün səylərimizi birləşdirmək üçün ən yaxın tərəfdaşlarımızla, ilk növbədə Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqə qurmağın yollarını axtarırıq", - deyə Borisov qeyd edib.
O, əminliklə bildirib ki, təkbaşına belə layihələri, hətta Rusiya kimi ölkələr üçün də maliyyə və lazımi səlahiyyətlər baxımından həyata keçirmək çox çətindir.
Roskosmosun baş direktoru Yuri Borisov
"Bu cür layihələr beynəlxalq, ən geniş əməkdaşlıq tələb edir. ABŞ-ın Ay proqramı isə geniş əməkdaşlığı nəzərdə tutur", - deyə Borisov deyib.
Eyni zamanda, o vurğulayıb ki, bu gün Rusiyanın Ay kosmik proqramı “maliyyə və elmi baxımdan işlənməyib”.
"Ora lazımi miqdarda avadanlığı çatdırmaq üçün super ağır raketin olması lazımdır. Əgər Ayda ziyarət olunan yaşayış stansiyanın tikintisindən danışırıqsa, o zaman nəqliyyatdan əlavə, enerji məsələlərini də həll etmək lazımdır. Bütün bunlar çox ciddi araşdırma tələb edir”, - deyə Roskosmos rəhbəri bildirib.