RUSİYA

"Qazprom": Rusiyanın qarşıdakı 100 il üçün də qaz ehtiyatları var

"Qazprom"un idarə heyətinin sədri Aleksey Miller bildirib ki, Rusiyanın yeraltı qaz anbarları 92% doludur.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Rusiyada olan "mavi yanacaq" ehtiyatları qarşıdakı 100 il üçün kifayət edəcək. Bu barədə "Federal Xəbər Agentliyi" "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerin sözlərinə istinadən xəbər verir.
Neft və Qaz İşçiləri Gününü qeyd etmək üçün keçirilən selektor müşavirəsində Miller bildirib ki, Rusiyanın yeraltı qaz anbarları 92% doludur. Onun sözlərinə görə, "Qazprom"un növbəti payız-qış dövrü "əla" keçəcək.
"Qazprom"un rəhbəri əlavə edib ki, 2022–2023-cü illərin qışına anbarların məhsuldarlığı yeni maksimuma - sutkada 852,4 milyon kubmetrə çatacaq.
ABŞ-ın qaz bazarında "mavi yanacaq" ehtiyatlarının hazırkı səviyyəsi, təxminən, 64% təşkil edir. Avropada yeraltı qaz anbarlarında ehtiyatların orta səviyyəsi isə bu yaxınlarda 80% həddini keçib.
Bundan əvvəl bildirilmişdi ki, Avropada qaz füçerslərinin qiyməti avqustun 31-dəki hərracda "Şimal axını" ilə nəqlin dayandırılması fonunda min kubmetr üçün 2900 dolları ötüb.