RUSİYA

"Lukoyl"un direktorlar şurasının rəhbəri pəncərədən yıxılaraq dünyasını dəyişib

Maqanov Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. "Lukoyl" neft şirkətinin direktorlar şurasının sədri Ravil Maqanov Moskvadakı Mərkəzi Klinik Xəstəxananın (MKX) pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Bu barədə "İnterfaks"a məlumat verən mənbə bildirib.
"Bu gün səhər saatlarında Maqanov Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
"İnterfaks" hələlik bu məlumatı rəsmi təsdiqləməyib.
Maqanov 1980-ci illərdə "Lanqepasnefteqaz"da işləyib, daha sonra isə "Lukoyl"un tərkibinə daxil olub. ASC yaranandan o, "Lukoyl"da rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə neft şirkətinin direktorlar şurasının sədri Valeri Qrayferin ölümündən sonra şuraya rəhbərlik edib və idarə heyətini tərk edib.