FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Hindistanlı dizaynerlər Bakıda öz kolleksiyalarını təqdim ediblər

Bakı hotelində Hindistanın müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş genişmiqyaslı hind moda nümayişi keçirilib.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Hindistanın Bakıdakı Səfirliyi "ANM Exhibitions" şirkəti ilə birgə Bakıda "JW Marirott Absheron" hotelində "Podiumda Hindistan yaradıcılığı" adlı eksklüziv moda nümayişini təqdim edib.
Layihə Hindistanın müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.
Nümayişin ideyasının müəllifi Anup Banercidir. Podiumda "CTC Mall"dan Sudeş Çabra, "Majestic by Japnah"dən Harmit və Capna Qambhir, "DeBeau"dan Bhavna Şarma və Samant Çauxan kimi məşhur hind dizaynerlərinin kolleksiyaları nümayiş etdirilib.
1 / 12

Bakıda "Best of İndia" Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi.

2 / 12

Layihə Hindistanın müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

3 / 12

Nümayiş ideyasının müəllifi Anup Banercidir.

4 / 12

Podiumda "CTC Mall"dan Sudeş Çabra, "Majestic by Japnah"dən Harmit və Capna Qambhir, "DeBeau"dan Bhavna Şarma və Samant Çauxan kimi məşhur hind dizaynerlərinin kolleksiyaları nümayiş etdirilib.

5 / 12

Xüsusilə, hind sariləri, lehenqa-çoli, şalvar-kamiz kostyumları, qərb üslublu məclislər üçün geyim kolleksiyaları, dəbli, zərif paltarlar nümayiş etdirilib.

6 / 12

Hindistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar çıxışında qeyd edib ki, onların ölkəsi dünyada ikinci ən böyük tekstil və geyim istehsalçısıdır.

7 / 12

Vinay Kumarun sözlərinə görə, ötən maliyyə ilində onların ixracı (o cümlədən əl işləri) illik 41% artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Vəkil əlavə edib ki, Hindistanda təxminən 45 milyon insan tekstil və toxuculuq (əl ilə) sektorlarında çalışır.

8 / 12

Belə bir tədbirin keçirilməsində məqsəd Azərbaycan ilə Hindistan arasında əməkdaşlığın möhkəmləndirilməsidir.

9 / 12

Bakıda "Best of İndia" Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi.

10 / 12

Bakıda "Best of İndia" Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi.

11 / 12

Bakıda "Best of İndia" Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi.

12 / 12

Bakıda "Best of İndia" Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi.

Xüsusilə hind sariləri, lehenqa-çoli, şalvar-kamiz kostyumları, qərb üslublu məclislər üçün geyim kolleksiyaları, dəbli, zərif paltarlar nümayiş etdirilib.
Hindistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar çıxışında qeyd edib ki, onların ölkəsi dünyada ikinci ən böyük tekstil və geyim istehsalçısıdır.
Vinay Kumarun sözlərinə görə, ötən maliyyə ilində onların ixracı (o cümlədən əl işləri) illik 41% artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Vəkil əlavə edib ki, Hindistanda təxminən 45 milyon insan tekstil və toxuculuq (əl ilə) sektorlarında çalışır.
Diplomat qeyd edib ki, belə bir tədbirin keçirilməsində məqsəd Azərbaycan ilə Hindistan arasında əməkdaşlığın möhkəmləndirilməsidir.
O, həmçinin tamaşaçıları yüksək keyfiyyətli Hindistan məhsulları ilə tanış olmaq üçün sentyabrın 2-dən 12-dək Bakı İdman Zalında keçiriləcək "Best of India" sərgisini ziyarət etməyə dəvət edib.
Ziyarətçilər həmçinin sərginin üç günü ərzində, saat 13:00 və 16:00-da eksklüziv dəb nümayişlərini pulsuz izləyə bilərlər.