RUSİYA

BRİCS getdikcə daha çox ölkəni maraqlandırır - Lavrov

Rusiyanın xarici işlər naziri bildirib ki, BRİKS, getdikcə daha çox tərəfdaş, müşahidəçi statusu istəyən, tamhüquqlu üzvlük üçün müraciət edən ölkələri özünə cəlb edir.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. BRİKS assosiasiyası (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) tam üzvlük üçün müraciət edən daha çox ölkəni özünə cəlb edir. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri və professor-müəllim heyəti ilə görüşündə bildirib.
BRİCS
"BRİKS, eynilə ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) kimi, getdikcə daha çox tərəfdaş, müşahidəçi statusu istəyən, tamhüquqlu üzvlük üçün müraciət edən ölkələri özünə cəlb edir".
Nazir onu da bildirib ki, qeyd olunan qurumlar yeni birliklərdir:
"Gələcək onlarındır, eləcə də gələcək Qərbin nümayiş etdirdiyi ayrı-seçkilik yanaşmalarını aradan qaldırmaq üçün bu və digər çərçivələrdə işləməkdən ibarətdir", - deyə Lavrov bildirib.