RUSİYA

Asiya Rusiya qızılının satış bazarına çevrilə bilərmi?

Qərbin Rusiya qızılının idxalına tətbiq etdiyi embarqonun qüvvəyə minməsindən sonra Çin Rusiyadan qızıl alışını kəskin şəkildə artırıb.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Rusiya qızılının əsas bazarları Asiya və Yaxın Şərq ölkələri, həmçinin, Hindistan ola bilər. "RİA Novosti"-nin məlumatına görə, bunu Rusiyanın Uzaq Şərqin İnkişafı Nazirliyinin rəhbəri Aleksey Çekunkov bildirib.
Nazirin sözlərinə görə, bu gün qızıl istehsalçıları üçün əsas problem metalın tədarükündən imtina deyil, Rusiyanın üçüncü ölkələrin valyutalarından çox uzun müddət istifadə etməsi səbəbindən pozulan maliyyə hesablaşmalarının infrastrukturudur.
"Biz bu malların ən böyük ixracatçıları ilə daimi dialoqdayıq, onlar artıq hər şeyi qurublar. Tələbat dəqiq olaraq var. İnfrastruktur və mexanika onunla ayaqlaşacaq", - deyə Çekunkov vurğulayıb.
Bundan əvvəl məlumat verilmişdi ki, Qərbin Rusiya qızılının idxalına tətbiq etdiyi embarqonun qüvvəyə minməsindən sonra Çin Rusiyadan qızıl alışını kəskin şəkildə artırıb. Belə ki, iyul ayında Pekin ümumilikdə 109 milyon dollarlıq Rusiya qızılı alıb.