BAKI, 30 avqust — Sputnik. Dünya moda aləmində Azərbaycanı yüksək səviyyədə tanıdan və təmsil edən məşhur modelyer Leyla Əhmədova daha bir ilkə imza atıb. Belə ki o, 44 günlük Vətən Müharibəsindəki qələbəmizə həsr etdiyi möhtəşəm "Bayraqtar" kolleksiyasını təqdim edib.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Leyla Əhmədova bildirib ki, sözügedən kolleksiya gələcək trendləri müəyyənləşdirən "haute couture" – "yüksək moda" tərzində icra olunub. Kolleksiyada hərbi geyimləri özündə əks etdirən çalarlar üstünlük təşkil edir:
"Bu modelin həm mənası, həm də estetik tərkibi, Azərbaycan mədəniyyət incisi olan Qarabağın - Şuşanın rəmzi olan "Xarıbülbül"dür".