RUSİYA

Rusiya ümid edir ki, MAQATE missiyasının Zaporojyeyə səfəri nüvə şantajını dayandıracaq

Rafael Qrossi bildirib ki, təşkilatın missiyası Ukrayna və Rusiyadan təhlükəsizlik zəmanəti alaraq müharibə zonasına yollanır.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Moskva ümid edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyasının Zaporojye Atom Elektrik Stansiyasına səfəri Kiyevin fəlakətə səbəb olmaq cəhdini dayandırmağa və nüvə şantajı cəhdinin qarşısını almağa kömək edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz gözləyirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin AES-ə bu gün, avqustun 31-nə planlaşdırılan səfərinin başlaması Ukrayna hakimiyyətinin nüvə fəlakətinə səbəb olmaq cəhdini dayandırmağa və bu nüvə şantajının qarşısını almağa kömək edəcək", - deyə Zaxarova bildirib.
Daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, təşkilatın missiyası Ukrayna və Rusiyadan təhlükəsizlik zəmanəti alaraq müharibə zonasına yollanır. O qeyd edib ki, müfəttişlər məntəqədə "bir neçə gün" keçirməyi planlaşdırırlar.