BAKI, 31 avqust — Sputnik. Rusiyanın "UTair" aviaşirkəti sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya reyslərin sayını artıracaq.
Bu barədə "Pulkovo" hava limanının mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, uçuşların sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılır.
Qeyd edək ki, "UTair" bu il iyulun 5-dən Sankt-Peterburqdan Bakıya reyslərin icrasına başlayıb.