BAKI, 31 avqust — Sputnik. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçisinin aylıq vəzifə maaşı müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara əsasən, qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçisinin aylıq vəzifə maaşı aşağıdakı məbləğdə müəyyən edilib:
-Ali kateqoriya dövlət orqanlarında - 370 manat
-1-ci kateqoriya dövlət orqanlarında - 355 manat
-2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 335 manat
-4-cü və 5-ci kateqoriya dövlət orqanlarında - 315 manat.