BAKI, 31 avqust - Sputnik. Dünən vəfat etmiş SSRİ-nin ilk əv son prezidenti Mixail Qorbaçov Moskvadakı Novodeviçyi qəbiristanlığında, həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn olunacaq. Bu barədə RF Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.
Qorbaçovun qızı İrina isə atasının dəfn ediləcəyi tarixi açıqlayıb. O qeyd edib ki, Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.
Mərhumla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.
***
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov vəfat edib.
Mixail Qorbaçov böyrək çatışmazlığından əziyyət çəkirdi.
Mərkəzi Klinika Xəstəxanası bildirib ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-u axşam saatlarında dünyasını dəyişib.
Qorbaçovun 92 yaşı var idi.
O, 15 mart 1990 – 25 dekabr 1991-ci illərdə Sovet İttifaqının ilk və son prezidenti olub. O həmçinin Sov.İKP MK-nın sonuncu Baş katibi və SSRİ Ali Sovetinin Sədri olub.
SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.