AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda havanın temperaturu kəskin şəkildə aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu proses sentyabrın 5-8-də gözlənilir.
Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək aşağı enəcək.
Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir.