RUSİYA

Avropa Rusiya yanacağından imtina edəcəyi təqdirdə Çinə pul ödəməli olacaq

Bu gün Pekin günəş panellərinin istehsal dövriyyəsinin 84%-nə, o cümlədən onlar üçün tələb olunan lövhələrin istehsalının 96,8%-nə nəzarət edir.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Rusiya qazından imtina və bərpa olunan enerji mənbələrinə (RES) keçid halında Aİ ölkələri Çinə pul ödəməyə məcbur olacaqlar. Bunu Beynəlxalq Enerji Agentliyinin məlumatları sübut edir.
Təşkilatın istinad etdiyi statistikaya görə, bu gün Pekin günəş panellərinin istehsal dövriyyəsinin 84%-nə, o cümlədən onlar üçün tələb olunan lövhələrin istehsalının 96,8%-nə nəzarət edir. Bundan əlavə, Çin dünyanın ən yaxşı 10 günəş fotoelektrik avadanlıq təchizatçısına sahibdir.
Qeyd edilir ki, təkcə 2021-ci il ərzində günəş batareyaları bazarı 70% artaraq 40 milyard dolları keçib.
Bundan əvvəl amerikalı milyarder iş adamı İlon Mask demişdi ki, dünyanın bərpa olunan enerjiyə keçidi üçün onilliklər lazımdır. O qeyd edib ki, yaxın gələcəkdə dövlətlər neft və qazdan istifadə etməyə məcbur olacaqlar.