DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa anbarlarında nə qədər qaz qalıb?

Avqustun 29-na olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarında, təxminən, 86,1 milyard kubmetr qaz ehtiyatı var.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Avropada yeraltı qaz anbarları qarşıdan gələn istilik mövsümünə qədər 80%-ə kimi doldurulub. Bu barədə "TASS" agentliyi "Gas Infrastructure Europe"un (GIE) məlumatlarına istinadən xəbər verir.
Avqustun 29-na olan məlumata görə, Avropanın anbarlarındakı qaz ehtiyatları 80,17%-ə yüksəlib.
Hazırda yeraltı qaz anbarlarında, təxminən, 86,1 milyard kubmetr qaz ehtiyatı var.
Daha əvvəl Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirmişdi ki, yeraltı qaz anbarları (YQA) vaxtından əvvəl - sentyabrın əvvəlinə qədər 85% doldurulacaq.