BAKI, 30 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Enerqodardakı missiyasının mümkün marşrutu olan yerləri atəşə tutur. Bu barədə RİA Novosti yerli sakinlərə istinadən məlumat yayıb.
"Ukraynalı millətçilər Enerqodarda MAQATE missiyasının mümkün marşrutu olan yerləri atəşə tuturlar", - deyə agentlik yerli sakinlərin sözlərindən sitat gətirir.
Onlar həmçinin qeyd ediblər ki, Ukrayna ordusu ölkənin cənubunda hərbi əməliyyata başlayıb və bu da öz növbəsində missiyanın təhlükəsizliyi üçün narahatlığı ikiqat artırır.
Bu gün Ukrayna hərbçilərinin Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisini atəşə tutduğu və AES yaxınlığında iki mərmi partlayışının qeydə alındığı bildirilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.