BAKI, 30 avqust — Sputnik. Rusiyada qəhvənin qiyməti Latın Amerikası və Asiyada məhsul problemlərinə görə ən azı 30% bahalaşa bilər. Bu proqnozu Milli Texnologiya Təşəbbüsünün (MTT) "FoodNet" işçi qrupunun ekspertləri irəli sürüblər.
"Bazarda qəhvə bahalaşacaq: dünya qiymətləri 10-15%, Rusiyada isə 30% artacaq. Qiymətlərin artımı, mənim hesablamalarıma görə, gələn ilin növbəti məhsul mövsümünə qədər tədricən olacaq", - deyə "RİA Novosti" işçi qrupun aparıcı eksperti Mixail Çarnıyın sözlərini sitat gətirir.
Mütəxəssisin sözlərinə görə, bu gün qəhvə yığımı ilə bağlı əsas problem Kolumbiya və Latın Amerikasında müşahidə olunur ki, bu da bu regionlarda güclü quraqlıq və ağacların xəstəlikləri ilə bağlıdır. Çarnıy qeyd edib ki, bu fonda qəhvə becərilməsi mərkəzi məhsuldarlığın aşağı olduğu Vyetnama keçib. Onun sözlərinə görə, bütün bunlar dünya bazarında qəhvənin qiymətinin artmasına səbəb olur.
Milli Texnologiya Təşəbbüsünün "FoodNet" işçi bazar qrupunun "Yüksək məhsuldar kənd təsərrüfatı üçün texnologiya və avadanlıqlar" seqmentinin rəhbəri İqor Kukoyev qeyd edib ki, qəhvənin dəyəri bir neçə komponentdən, o cümlədən bitki örtüyü ilə bağlı ikiillik dalğalanmalardan, eləcə də iqlim meyllərindən ibarətdir.
Onun sözlərinə görə, buna görə ilk növbədə temperatur və rütubətə həssas olan "arabica" zərər çəkir. "Arabica" qəhvəsi istehsal həcminin 60%-dən çoxunu təşkil edir.