RUSİYA

Rusiya-Çin birgə hərbi təlimləri Qərbi qorxuya salıb

Çin-Rusiya münasibətlərini Qərb ölkələri üçün problem adlandıran Merkator Fondunun Çin Araşdırmaları İnstitutundan Elena Leqarada bildirib ki, hər iki ölkə qarşılıqlı olaraq mövqelərini möhkəmləndirir və qlobal nizam ideyalarını yayırlar.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Moskva ilə Pekin arasında artan hərbi əməkdaşlıq Vaşinqtonu və Avropa İttifaqını qorxuya salıb. Bunu Almaniyanın "Der Tagesspiegel" qəzeti Çin hərbi kontingentinin iştirakı ilə keçiriləcək "Vostok-2022" hərbi təlimləri öncəsi yazıb.
Londondakı Avropa İttifaqının Xarici Əlaqələr Şurasının təhlükəsizlik üzrə eksperti Ulrike Franke bildirib ki, Çin və Rusiya öz aralarında ittifaq yaratsalar, bu, geostrateji problem olacaq.
Çin-Rusiya münasibətlərini Qərb ölkələri üçün problem adlandıran Merkator Fondunun Çin Araşdırmaları İnstitutundan Elena Leqarada da eyni fikri bölüşür.
O bildirib ki, Çin və Rusiya qarşılıqlı olaraq mövqelərini möhkəmləndirir və qlobal nizam ideyalarını yayırlar.
Alman Xarici Siyasət Cəmiyyətinin Rusiya üzrə eksperti Stefan Meister bildirir ki, Pekin və Moskva birlikdə dünya nizamına meydan oxuyurlar.
Elm və Siyasət Fondunun hərbi eksperti Volfqanq Rixterin hesab edir ki, Pekin və Moskvanı rəsmi hərbi ittifaqı yoxdur, lakin onları ABŞ və müttəfiqlərinin beynəlxalq aləmdəki hökmranlığını çoxqütblü nizamla əvəz etmək istəyi birləşdirir.
Xatırladaq ki, "Vostok-2022" strateji hərbi təlimləri 2022-ci il sentyabrın 1-dən 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçiriləcək, onlarda 50 mindən çox insan iştirak edəcək.