HADİSƏ

Qubadlıda mina partlayıb - ANAMA-nın əməkdaşı yaralanıb

Hadisənin detalları barədə ANAMA tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək.
Sputnik
BAKI, 30 avqust — Sputnik. İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina partlayışı baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partlayış nəticəsində Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb.
Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb.
“Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.