CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı açıqlandı

İKZF milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi sahəsində dövlət agenti funksiyasını yerinə yetirir.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Azərbaycanda dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı 2203 olub. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatına görə, 40072 borcalana 2 milyard 252,519 milyon manat kredit verilib.
Qeyd edək ki, hazırda fondun satışa çıxardığı mənzillər Bakı şəhəri üzrə Lütfizadə, Mehdi Abbasov, Sumqayıt şəhəri üzrə Sülh və Bulvar küçəsi, Xırdalan şəhəri üzrə 21-ci məhəllə, Qalubiyyə küçəsi, Bakı-Sumqayıt şossesinin 17-ci kilometri ərazilərində tikilmiş binalardadır.
Qeyd edək ki, fondun satışa çıxardığı bəzi ərazilərdə - Gəncə prospekti, Adil Məmmədov, Nəsrəddin Tusi küçəsi, Masazır qəsəbəsi - Əliağa Vahid küçəsində tikilən binalarda hələ ki, satışda mənzil yoxdur.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.