BAKI, 30 avqust — Sputnik. 2005-ci illə müqayisədə ötən il ölümlərin sayında da artım dinamikası müşahidə olunub.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2005-ci ildə 51 min 962, 2021-ci ildə isə 76 min 878 ölüm halı qeydə alınıb.
DSK-nın məlumatına əsasən ötən il ən çox ölüm halı qan dövranı sistemi xəstəliklərindən olub. Belə ki, ötən il 41 min 708, 2005-ci ildə isə 29 min 392 belə ölüm halı qeydə alınıb.
Sonrakı yerdə isə yenitörəmələrdən qeydə alınan ölümlər olub. Belə ki, ötən il ərzində yenitörəmələrdən 8509 ölüm halı qeydə alınıb. 2005-ci ildə isə bu rəqəm 6381 olub.