"Bütün bu məsələləri birbaşa Avrasiya Komissiyası ilə qarşılıqlı əlaqədə olmaqla, müşahidəçi statusu almaqla təhlil etmək və iştirak etmək olar. Bu statusun özü nə reputasiya, nə də başqa mülahizələr baxımından heç nəyə məcbur etmir. Eyni zamanda, Azərbaycan AİB-ə formal olaraq yaxınlaşmadan belə, qonşularının getdikcə artan gəlirli layihələri ilə bu sahəyə cəlb olunur", - deyə Karavayev bildirib.
"Bundan başqa, Qarabağ münaqişəsi keçmişdə qalıb və prezident İlham Əliyev beş əsas prinsip irəli sürüb ki, bu prinsiplər əsasında sülh sazişi imzalana bilər. Bu şərtlər beynəlxalq hüququn tələblərinə tam cavab verir və erməni xalqının hüquqlarını heç bir şəkildə pozmur. Ona görə də güman etmək olar ki, yaxın gələcəkdə sülh sazişi imzalanacaq və Ermənistan da logistika sahəsində əməkdaşlığın təmin etdiyi üstünlüklərdən yararlana biləcək".