VİDEO

Avrasiya inteqrasiyası: genişlənmə perspektivləri və iştirakçı ölkələr üçün faydalar

BAKI, 30 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı malların, xidmətlərin, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti üçün ümumi bazarlar yaratmaq istəyidir. Bakının Aİİ-yə qoşulmasından hansı faydalar əldə edəcəyi haqqında - videomuzda baxın.
Sputnik
Avrasiya İqtisadi İttifaqı güclü, iqtisadi və inteqrasiya strukturudur, qərarların qəbulunda demokratik təşkilatlanma ilə xarakterizə olunur. Bu barədə "Sputnik Azərbaycan"a açıqlamasında iqtisad elmləri doktoru Elşad Məmmədov danışıb.
"Bu birliyi böyük iqtisadi və texnoloji potensiala malik struktur kimi xarakterizə etmək olar. Aİİ-yə üzv ölkələrinin qarşılıqlı ticarətində həm artım potensialı, həm də genişlənmə perspektivləri heyranedicidir", - deyə Məmmədov bildirib.
İqtisadçının fikrincə, əgər Aİİ ölkələri mövcud sərmayə çatışmazlığı problemlərini yaxın gələcəkdə həll edə bilsələr, o zaman ticarət dövriyyəsinin kəskin artımının şahidi ola bilərik.
Professor Azərbaycanın böyük həcmdə suveren qızıl-valyuta ehtiyatlarına və investisiya fəallığının artırılması üçün böyük potensiala malik olduğunu da vurğulayıb.
"Lakin investisiyaların artımını ləngidən mənbələrdən biri satış bazarlarının məhdudluğudur. Buna görə də Aİİ-nin bazarları, ilk növbədə, Rusiya bizim üçün qeyri-neft və qeyri-xammal ixracı baxımından ən perspektiv bazarlardır", - deyə Məmmədov sözünə yekun vurub.