TƏHSİL

11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi isə 8-17 avqust tarixlərində baş tutub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın 2-də başlayacaq. İxtisas seçimi sentyabrın 7-dək aparılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ötən gün saat 09:00-da başa çatıb. Nəticələrin yaxın bir neçə gündə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi isə 8-17 avqust tarixlərində baş tutub.
Bundan əlavə qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.