BAKI, 29 avqust — Sputnik. Almaniya Kansleri Olaf Şolts Qərbi Balkanlar, Ukrayna və Moldovanın qoşulması yolu ilə Avropa İttifaqının genişlənməsinə çağırıb. Bunu "RİA Novosti" xəbər verib.
Onun sözlərinə görə, ittifaqa daxil olmaq yuxarıda adları çəkilən dövlətlər üçün, gələcəkdə isə Gürcüstan üçün mümkün olardı.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirmişdi ki, Ukraynanın Avropa İttifaqına daxil olması uzun illər və hətta onilliklər çəkə bilər.
Öz növbəsində, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Avropa İttifaqı Ukraynanı öz sıralarına qəbul etməyə razılaşarsa, bu, Aİ-nin sonunun başlanğıcı demək olacaq, çünki cəmiyyət artıq üzərində yaradıldığı dəyərləri rəhbər tutmayacaq.