RUSİYA

Rusiya və İran XİN başçıları Cənubi Qafqazla bağlı vəziyyəti müzakirə edəcəklər

Rusiya XİN-in məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edəcək.
Sputnik
BAKI, 29 avqust - Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edəcək.
İranlı diplomat Moskvaya səfəri zamanı rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq.
Rusiya XİN-in məlumatına görə, görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.