BAKI, 29 avqust — Sputnik. Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək "Vostok 2022" beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcəklər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, sentyabrın 1-dən sentyabrın 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçiriləcək "Vostok-2022" təlimlərində Azərbaycan Respublikası müşahidəçi qismində iştirak edəcək.
Ümumilikdə, Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatılacağı təlimlərdə 50 mindən çox hərbçinin iştirak edəcəyi bildirilib.