BAKI, 29 avqust — Sputnik. İran və Rusiya Xarici İşlər nazirlikləri uzunmüddətli hərtərəfli əməkdaşlıq sazişinin layihələrini mübadilə ediblər. Bu barədə "TASS" İran Prezidenti İbrahim Rəisinin bəyanatına istinadən xəbər verir.
İran rəhbəri əlavə edib ki, yaxın vaxtlarda ölkələr strateji xarakter daşıyan sazişin bağlanmasının yekun mərhələsinə keçəcəklər. Sazişin 20 il müddətinə bağlanacağı güman edilir.
Rəisi qeyd edib ki, hazırda gündəmdə "Şimal-Cənub" dəhlizinin inkişafı məsələsi qalır.
Bundan əvvəl Rusiyanın Baş naziri Sergey Lavrov Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında münasibətlərin yüksəlişdə olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Rusiya Federasiyası da İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır.