RUSİYA

Qərb Ukraynadakı münaqişədən qalib çıxmayacaq

Rəmzi Mardini hesab edir ki, nə ikitərəfli sövdələşmə, nə də sərhədlərin dəyişdirilməsi özlüyündə davamlı sülhə gətirib çıxarmayacaq, çünki Ukrayna münaqişəyə özgə əlləri ilə cəlb olunub.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Qərb heç bir halda Ukrayna münaqişəsindən qalib çıxmayacaq. Bu barədə "The National Interest"in şərhçisi Rəmzi Mardini yazır.
"İstənilən halda Qərb bu münaqişədə qalib gəlmir", - deyə Mardini bildirib.
Məqalədə deyilir ki, Rusiyanın Ukraynada hərbi qələbəsi Qərbin, xüsusən də ABŞ-ın daha da alçaldıcı məğlubiyyətinə gətirib çıxaracaq.
"Danışıqlar yolu ilə həll bütün tərəflər üçün ən yaxşı həll yoludur. Buna baxmayaraq, diplomatiya çoxdan dalana dirənib", - deyə müşahidəçi dəqiqləşdirib.
Məqalə müəllifi hesab edir ki, nə ikitərəfli sövdələşmə, nə də sərhədlərin dəyişdirilməsi özlüyündə davamlı sülhə gətirib çıxarmayacaq, çünki Ukrayna münaqişəyə özgə əlləri ilə cəlb olunub.
Məqalədə o da bildirilir ki, Rusiyanın Ukrayna münaqişəsindəki qətiyyəti Qərbin birliyini pozacaq.