RUSİYA

Putin: "Rusiyanın dövlət siyasətini gözdən salmağa çalışırlar"

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, bu mövzuda məqalələr Qərbin Rusiyanı gözdən salmaq üçün apardığı informasiya kampaniyasının bir hissəsi kimi yayılır.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Qərb Rusiya milli dövlət siyasətini gözdən salmağa çalışır. Kremlin rəsmi saytı xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Millətlərin İşləri üzrə Federal Agentliyin rəhbəri İqor Barinovla görüşündə deyib.
"Biz görürük ki, Qərbdəki opponentlərimiz dövlətimizin milli siyasətini necə gözdən salmağa çalışırlar", - Barinov bildirib.
Putin həmsöhbətinin fikirləri ilə razılaşıb və qeyd edib ki, onlar həmişə buna çalışırlar.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, bir sıra Qərb ölkələri Rusiyanı guya qlobal ərzaq böhranına səbəb olmaqda ittiham edir. Diplomat vurğulayıb ki, bu cür ittihamlar mahiyyət etibarilə yalandır. O qeyd edib ki, bu mövzuda məqalələr Qərbin Rusiyanı gözdən salmaq üçün apardığı informasiya kampaniyasının bir hissəsi kimi yayılır.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Qərb bilavasitə Rusiyanın dövlətçiliyinin aradan qaldırılmasına və vətəndaşlarının alçaldılmasına çağırır.