BAKI, 29 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) yeni səlahiyyət verilib.
Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana edilən dəyişikliklə Məcəllənin 244-1-ci maddəsində (Əkin yerinin yandırılması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxacaq.