DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiyanın baş naziri Afrika ölkələri üçün 30 milyard dollar ayıracağını vəd edib

Vəsaitlər, xüsusilə, insan kapitalına sərmayə qoymağa və iqtisadi artımı stimullaşdırmağa yönəldiləcək.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Yaponiyanın baş naziri Fumio Kisida Afrika ölkələrinin inkişafı üçün üç il ərzində 30 milyard dollar ayıracağına söz verib. Rusiya mediası “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri şənbə günü Afrikanın İnkişafı üzrə Tokio Beynəlxalq Konfransında çıxış edərkən bildirib.
Vəsaitlər, xüsusilə, insan kapitalına sərmayə qoymaq və iqtisadi artımı stimullaşdırmaq üçün yönəldiləcək. Kisida həmçinin onu da qeyd edib ki, “yaşıl” iqtisadiyyatın inkişafına təxminən 4 milyard dollar sərmayə qoyulacaq.
Konfrans Tunisdə keçirilib, lakin Yaponiyanın baş naziri bu yaxınlarda koronavirusa yoluxduğu üçün video bağlantı vasitəsilə çıxış edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım göstərəcək