CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səbətçi: "Səbət Gəncənin simvoludur" - VİDEO

Gəncəli Vilayət Qurbanov qədimdən bəri mövcud olan sənəti qoruyub saxlayır və yaşadır.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Vilayət Qurbanov uzun illərdir ki, Gəncə şəhərində səbət ustası işləyir. 12 yaşından bu sənətdə çalışan V.Qurbanov Gəncədə xalça zavodunda çalışıb. 90-ci illərdə ölkədə yaranmış böhranla əlaqədar bir çox müəssələr bağladığı kimi, müsahibimizin də çalışdığı zavod bağlanıb. Vilayət usta da həmin dönəmlərdə bu sahəni inkişaf etdirməyə başlayıb. O, bu sənəti nəvəsinə də öyrədib: "Mən nəvəmə də, gənc nəsillərə də öyrədirəm ki, bir gün mən olmayanda bu sənəti davam etdirənlər olsun. Bu sənətin çox qədim tarixi var. Ən geniş yayılmış yeri də Gəncədir. Mən səbətlə harasa getsəm, biləcəklər ki, gəncəliyəm. Səbət bir növ Gəncənin simvoludur".
Vilayət usta deyir ki, səbət qarğıdan hazırlanır. O xammalı Goranboydan alır. Qarğı yanvar ayında yığılır, bir il müddətdində ondan istifadə etmək mümkün olur. Alıcılara gəldikdə isə usta deyir ki, son illərə səbətə olan maraq artıb: "Bütün bölgələr müştərilərim olur. Bilirlər ki, mən səbətlərimi keyfiyyətli hazırlayıram, uzunömürlü olur. Tələbələrim dıə hazırlayanda onların hazırladıqlarını da yoxlayıram ki, alıcı məhsulu aldıqdan sonra peşman olmasın, bir də gəlib alsın".
Səbətlərin qiymətinə gəldikdə isə ölçüsünə görə 5-15 manat arası dəyişir. Səbət ustasının əl işləri bir çox ölkə əhəmiyyətli sərgilərdə nümayiş olunub.