BAKI, 28 avqust - Sputnik. “Tesla” şirkətinin rəhbəri İlon Mask bəzi ətraf mühit fəallarının atom elektrik stansiyalarının bağlanmasını dəstəklədikləri üçün onların “qeyri-insani” davrandıqlarını bildirib. Bu barədə o, öz “Twitter” səhifəsində məlumat verib.
“Dünya ölkələri atom enerjisi istehsalını artırmalıdır! Atom elektrik stansiyalarının bağlanması milli təhlükəsizlik baxımından axmaqlıqdır. Məhz onların bağlanması ətraf mühitə zərərlidir”, - deyə milyarder qeyd edib.
Hazırda dünyanın bir çox ölkələri güclü bərpa olunan enerji mənbəyi olan nüvə enerjisindən tədricən imtina edirlər. Ancaq ekspertlər Çernobıl və Fukusima AES-lərində baş verən qəzalardan sonra onun təhlükəsizliyindən narahatdırlar.
Mask keçmişdə də bərpa olunan mənbələr kimi atom enerjisindən istifadə etməyin fəal tərəfdarı olub. Bu ilin mart ayında “Business Insider”ə verdiyi müsahibədə Mask nəinki atom elektrik stansiyalarını bağlamağa, həm də artıq qapalı olanları yenidən açmağa çağırıb.
Onun sözlərinə görə, bu, ilk növbədə kütləvi təbii fəlakət riski olmayan ölkələrdə edilməlidir. O, digər bərpa olunan mənbələr daha etibarlı olana qədər atom enerjisinin lazım olduğu qənaətinə gəlib.
Mask bu yaxınlarda bulud infrastrukturu əsasında beyninin rəqəmsal versiyasını yaratdığını bildirib. O, bu yolla ən yeni neyron şəbəkə texnologiyalarını sınaqdan keçirdiyini təsdiqləyib.