DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell: Aİ Rusiyaya qarşı sanksiyalara görə ciddi problemlərlə üzləşəcək

İstefa verən Britaniyanın baş naziri Boris Conson Böyük Britaniya sakinlərini "çətin aylar" gözlədiyini və "ağılları çaşdıran" elektrik ödənişləri ilə üzləşəcəklərini proqnozlaşdırır.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Avropa İttifaqı anti-Rusiya sanksiyalarına görə ciddi problemlərlə üzləşəcək. Müvafiq açıqlamanı Avropa diplomatiyasının rəhbəri Cozep Borrell verib. Onun bu sözlərini “Kronen Zeitung” nəşri sitat gətirir.
"Əlbəttə, biz qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətlərinin artdığını danmaq olmaz. Amma biz azadlıq uğrunda bədəl ödəməyə hazır olmalıyıq", - deyə Borrell etiraf edib.
Diplomat həmçinin Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin Rusiya üçün “çətinliklər” yaratdığı fikrini də ifadə edib. Xüsusilə, onun sözlərinə görə, Moskvanın enerji resurslarının hasilatı və nəqli sahəsində Qərb texnologiyalarına ehtiyacı var.
Xatırladaq ki, istefa verən Britaniyanın baş naziri Boris Conson Böyük Britaniya sakinlərini "çətin aylar" gözlədiyini və "ağılları çaşdıran" elektrik ödənişləri ilə üzləşəcəklərini proqnozlaşdırır.
Bu yaxınlarda Emmanuel Makron ölkənin “böyük sarsıntılar” yaşadığı fikrini ifadə edib və bunu “bolluq dövrünün” sonu adlandırıb. Onun sözlərinə görə, fransızlar tezliklə Ukrayna və iqlim böhranlarının nəticələri ilə üzləşəcəklər ki, bu da bu və ya digər məhsul qıtlığı ilə nəticələnəcək.