SƏHİYYƏ

İştahsızlıq hansı xəstəliyin əlamətidir

Yalnız qalxanvari vəzi xəstəliyi deyil, diabet də iştahsızlığa səbəb olur.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Bəzi şəxslər davamlı olaraq iştahsızlıqdan şikayətlənirlər və bunun əslində hansısa xəstəliyin əlaməti olduğunu düşünmürlər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, iştahsızlıq həm də endokrinolon xəstəliklərdən xəbər verə bilər.
Həkimlər bildirir ki, qalxanvari vəzin funksiyasının azalması, yəni hipotireoz iştahın kəsilməsinə səbəb olur.
Yalnız qalxanvari vəzi xəstəliyi deyil, diabet də iştahsızlığa səbəb olur.
Bundan başqa, bir sıra onkoloji xəstəliklərdə iştah küsməsi müşahidə olunur.
İştahsızlığın xroniki hal alması və bunun bir ay davam etməsi artıq müəyyən təhlükədən xəbər verir. Bu səbəbdən də mütəxəssislər eyni problemdən əziyyət çəkən şəxslərə vaxtında həkimə getməyi tövsiyə edir.
SƏHİYYƏ
Artıq çəkinin gözlənilməz faydaları