QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin köməkçisi: "Biz minaları təmizləyirik, erməni tərəfi mina basdırır"

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda çıxış edib.
Sputnik
BAKI, 27 avqust - Sputnik. “Azərbaycan minalardan əziyyət çəkən ölkədir. Biz bilirik ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istifadəsini qadağan edir və biz bu Konvensiya barədə ciddi düşünürük”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
H. Hacıyev bildirib ki, "Biz Cənubi Qafqazın minalardan təmiz region olmasını çox istəyirik. Ancaq biz Ermənistan tərəfinin də Konvensiyaya qoşulmasını, bu addımı atmasını görmək istəyirik, bu məsələdə birtərəfli addım atılmamalıdır. Biz minaları təmizləyirik, digər tərəf mina basdırır. Kiçik ərazilərdə minlərlə mina aşkar olunur".
QARABAĞ
Hacıyev: Fransa və ABŞ səfirlərinin hərəkəti ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir