SƏHİYYƏ

Dünyada koronavirusa yoluxanların sayı 600 milyona çatıb

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Dünyada COVID-19-a yoluxma hallarının sayı 600 milyona çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edək ki, indiyədək 6 milyon 480 min nəfər COVID-19 nəticəsində dünyasını dəyişib.
Pandemiya dövründə dünyada COVID-19-a qarşı 12 milyard 118 milyon peyvənd vurulub.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
SƏHİYYƏ
Azərbaycanda koronavirusa yoluxma halının payızda yüksəlməsi istisna deyil