BAKI, 27 avqust - Sputnik. Ümumilikdə ölkə üzrə həkim sayı 31 min 958-dir ki, bu da 2011-ci illə müqayisədə daha azdır
Son 6 illə müqayisədə ölkədə narkoloqların sayı azalıb. Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı rəqəmlərə əsasən 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Bununla da əhalinin hər 10 min nəfərinə düşən narkoloq sayı 0,1 olub.
Azərbaycanda say etibarı ilə ən az idman-müalicə həkimləridir, bundan əvvəlki yerdə isə narkoloqlar qərarlaşıb.
DSK-nın məlumatına görə, ölkədə terapevt, stamotoloq, cərrah və pediatrların sayı digər ixtisaslı həkimlərlə müqayisədə çoxdur.
Belə ki, ölkə üzrə terapevtlərin sayı 8 min 127, stomotoloqların sayı 3 min 295, cərrahların sayı 3 min 261, pediatrların sayı 3 min 206-dır.
Cari ilə dair rəqəmə görə, ümumilikdə ölkə üzrə həkim sayı 31 min 958-dir ki, bu da 2011-ci illə müqayisədə daha azdır. Belə ki, 2011-ci ildə ölkə üzrə həkimlərin sayı 33 min 85 olub.