BAKI, 27 avqust - Sputnik. Azərbaycan Hökuməti Pakistana yardım edəcək.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.