QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xarici diplomatlar və hərbi attaşelər Füzulidəki dağıntılarla tanış olublar

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, şəhərin mərkəzində bərpa işləri aparılarkən xarabalıqların bir hissəsi qorunub saxlanılacaq.
Sputnik
BAKI, 26 avqust - Sputnik. Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalı illərində faktiki olaraq dağıdılmış Füzuli şəhərinin mərkəzinə baş çəkiblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, onların dayandıqları yer bir vaxtlar çiçəklənən şəhərin mərkəzi olub, lakin işğal nəticəsində buradan yalnız xarabalıqlar qalıb (Report).
Prezidentin xüsusi nümayəndəsi Füzulidə aparılan bərpa işlərindən də danışıb.
Onun sözlərinə görə, şəhərin mərkəzində bərpa işləri aparılarkən xarabalıqların bir hissəsi qorunub saxlanılacaq:
“Şəhərin bu hissəsində Füzulinin işğalı zamanı məruz qaldığı bütün dağıntıları göstərəcək muzey yaradılacaq”.
E.Hüseynov onu da qeyd edib ki, hazırda Füzulidən Şuşaya yeni yol çəkilir.